"İlaxır tonqalları"nda 6 uşaq yanıq xəsarəti alıb

İlaxır çərşənbəsi axşamı Bakıda yandırılan tonqallarda 6-sı uşaq olmaqla 7 nəfər yanıq xəsarəti alıb. Bunu Respublika Yanıq Mərkəzindən bildiriblər.

Məlumata görə, ötən gecə mərkəzə 7 nəfər gətirilib. Onlardan 6 nəfəri uşaq, biri isə 73 yaşlı şəxs olub: "Onlar Bakının müxtəlif ərazilərində yandırılan bayram tonqallarında yanıq xəsarətləri alıblar. Uşaqlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. 73 yaşlı kişinin müalicəsi isə mərkəzdə davam etdirilir". report

DİGƏR XƏBƏRLƏR

Top