Ermənistan və İranın regional məsələlərə münasibətdə mövqeyi üst-üstə düşür

İran və Ermənistan region üçün önəm daşıyan məsələlərdə eyni mövqe nümayiş etdirirlər. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında müdafiə naziri Viqen Sarkisyan deyib: "İran böyük sivilizasiya quran ölkədir. Ermənistan müstəqilliyini elan etdiyi ilk günlərdən İran ona istər iqtisadi, istərsə siyasi yardım göstərdi. İranın Qarabağ münaqişəsinə münasibətdə yeritdiyi siyasət də qane edicidir. İran münaqişənin həllində vasitəçilik mövqeyini nümayiş etdirərək bu məsələyə təmkinlə yanaşır. Bizə qonşu ölkə bölgədə sabitliyin, münaqişənin dinc yollarla aradan qaldırılmasının tərəfdarıdır. Belə bir siyasət isə Ermənistanın maraqlarına uyğundur".

Viqen Sarkisyan iki ölkə arasında hərbi münasibətlərin də digər sahələrdə olduğu səviyyədə inkişaf etdiriləcəyinə ümid etdiyini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top