Ağdamda sürücü piyadanı vurdu - ölən qadın öz anası imiş

Martın 14-də saat 21 radələrində Ağdam rayonunun Əfətli kəndində kənd sakini Niyaz Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyadanı vurub. Daxili İşlər Nazirliyi xəbər verir ki, həmin piyada sürücünün elə öz anası Filyar Əliyeva olub. Qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Ağdam RPŞ tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top