Erməniəsilli Rusiya vətəndaşı ABŞ-da mühakimə ediləcək

ABŞ-a qarşı kiberhücumlarda əli olduğu bildirilən və bununla bağlı Norveçdə həbs edilən erməniəsilli Rusiya vətəndaşı Mark Vardanyan Amerikaya ekstradisiya edilib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Kolypto ləqəbi altında fəaliyyət göstərən Vardanyan ABŞ-a qarşı kiberhücumlarda iştirak etdiyinə görə məhkəmə qarşısında cavab verməli olacaq. Ona qarşı təhlükəli "Sitadel" virus proqramı hazırlamaq və ondan ABŞ daxil olmaqla dünyanın müxtəlif ölkələrinə qarşı istifadə edərək şirkətlərə böyük həcmdə maliyyyə zərbəsi vurmaq üzrə cinayət işi qaldırılıb.

Məsələ ilə bağlı ABŞ Maliyyə nazirliyinin verdiyi açıqlamada deyilir: "Krıminal dairələrlər və bəzi maraqlı qruplarla sıx əlaqədə olan Vardanyanın həbsi təhlükəli virusların yayılmasını zəiflədərək kiber cinayətlərin qarşısını qismən də olsa almağa imkan verəcək".

DİGƏR XƏBƏRLƏR

Top