İsrail Gürcüstanla viza rejimini sərtləşdirir

İsrail Gürcüstanla viza rejimini sərtləşdirməyi planlaşdırıb. "Yeniavaz.com"un apsnyu.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında İsrailin Gürcüstandakı səfiri Şabtay Tsur bildirib. Səfir Gürcüstanla viza rejiminin daha da sərtləşdirilməsini obyektiv səbəblərlə izah edib: "Biz 2016-cı ildə ölkəmizə gələn Gürcüstan vətəndaşları ilə bağlı statiskanı araşdırdığımız zaman məlum olub ki, gürcü turistlərin 80 faizi qeyri-leqal şəkildə İsraildə qalır. İsraildə isə qanun prezidentdən, baş nazirdən üstündür və burada heç kimə güzəştdən söhbət gedə bilməz".

Tsur məsələ ilə bağlı İsraildən deportasiya edilən gürcü turistlərlə bağlı məsələnin bəzən Gürcüstanda yanlış anlaşıldığını da söyləyib. O deyib ki, əgər İsrailə gələn gürcü turistlərin 80 faizi burada qeyri-qanuni qalmağa üstünlük verirsə, onda onlar arasında 1-2 faizə qarşı yanlışlığa yol vermək gözləniləndir. Bununla belə səfir 2017-ci ildə iki ölkə arasında hava uçuşlarının sayının 100-ə çatdırılacağını da xüsusi qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top