Vergilər Nazirliyi ötən il 1 milyard manatlıq cərimə yazıb

Ötən il Vergilər Nazirliyi 7 088 səyyar vergi yoxlaması həyata keçirib. 2015-ci illə müqayisədə yoxlamaların sayı 5 131 vahid, yaxud 42% azalıb.

Məlumata görə, həyata keçirilən növbəti səyyar yoxlamaların sayı 4 677 vahid yaxud 73,79% azalaraq 2016-cı ildə 1 661-ə düşüb. Ötən il aparılan növbədənkənar səyyar yoxlamalarının sayında da azalma müşahidə edilib. Belə ki, 2015-ci ilə nisbətən 2016-cı ildə növbədənkənar səyyar vergi yoxlamalarının sayı 454 vahid və ya 7,7% azalaraq 5 427-yə düşüb.

Ötən il yoxlama və nəzarət tədbirləri nəticəsində hesablanmış əlavə vəsait, faiz, tətbiq edilmiş maliyyə sanksiyası və inzibati cərimələrin ümumi həcmi 971,99 mln. manat olub ki, bu da 2015-ci illə müqayisədə 92,73 mln. manat yaxud 8,72% azdır.

Yoxlama və nəzarət tədbirləri nəticəsində hesablanmış əlavə vəsait, faiz, tətbiq edilmiş maliyyə sanksiyası və inzibati cərimələrin 628,45 mln. manatı (64,7%) əlavə vəsaitlər, 342,32 mln. manatı (35,2%) maliyyə sanksiyası, 120,6 min manatı (0,01%) inzibati cərimələr, 1,1 mln. manatı (0,11%) isə faizlərin payına düşür. report

DİGƏR XƏBƏRLƏR

Top