Türkiyədə işsizlik rekord səviyyəyə yüksəlib

Türkiyədə işsizlik səviyyəsi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 1,9% artaraq ötən ilin dekabr ayında 12,7%-ə yüksəlib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, gənclər arasında (15-24 yaş arası) isə işsizlik səviyyəsi 24% olub.

Türkiyə Statsitika İdarəsinin məlumatına görə, son bir il ərzində işsiz insanların sayı 668 min nəfər artaraq 2016-cı ilin dekabr ayında 3 milyon 872 min nəfərə çatıb. Əvvəlki ilin eyni dövründən ötən isə bu göstərici 3 milyon 668 min nəfər olub. Beləliklə, 2010-cu ilin mart ayından sonra işsizlik səviyyəsi Türkiyədə ən yüksək həddə çatıb.

Məşğul insanların sayı 2016-cı il dekabr ayında əvvəlki ilin eyni dövrünə nisbətən 221 min nəfər artaraq 26 milyon 669 min nəfər olub. Məşğul insanların ümumi əhaliyə nisbəti isə 0,3% azalaraq 45,1% səviyyəsinə düşüb.
2016-cı il dekabr ayında qeydiyyatsız işləyənlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6% artıb.

DİGƏR XƏBƏRLƏR

Top