Polis zabiti restoranda öldü

Bakıda restoranda ölüm hadisəsi baş verib.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb.

Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R.Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.milli.az

DİGƏR XƏBƏRLƏR

Top