Türkiyə Kəşfiyyat İdarəsi rəhbərinin bu vəzifədə olması qanunsuzdur? - İDDİA

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidanın bu yüksək kürsüdə əyləşməsi ölkə qanunlarına ziddir. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə yüksək ali məhkəmələrdən biri olan "Danıştay" İdarə heyətinin və Hakimlərin Həmkarlar Komitəsinin keçmiş sədri Ömər Faruk Eminağaoğlu məlumat verib.

Məlumatda bildirilir ki, Ömər Faruk Eminağaoğlu Hakan Fidanın MİT rəhbəri ola bilməyəcəyi iddiası ilə məhkəməyə müraciət edib. O buna əsas kimi bəyan edib ki, Hakan Fidan Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili seçilə bilmək üçün MİT rəhbərləyindən istefa verib. Lakin sonradan həmin vəifəyə təyin olunub. Ömər Faruk Eminağaoğlu bildirir ki, bu, MİT haqqında Qanunun 4-cü maddəsinin tələblərinin pozulması deməkdir. Belə ki, həmin maddədə qeyd olunur ki, istefa verən dövlət məmuru növbəti 5 il ərzində həmin vəzifəyə təyin oluna bilməz.

Qeyd edək ki, Ömər Faruk Eminağaoğlunun bu iddiası 2 iyul 2015-ci ildə məhkəmə tərəfindən qəbul olunmayıb. Lakin 20 oktyabr 2016-cı ildə məhkəmə əvvəlki qərarı rədd edərək Eminağaoğlunun iddiasının qəbul oluna biləcəyi barədə növbəti qərar qəbul edib.

Ömər Faruk Eminağaoğlu onu da bildirib ki, məhkəmənin bu qərarı ona məlum olmayan səbəblərdən 6 ay gec - 13 mart 2017-ci il tarixində çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top