Azərbaycan xarici ölkələrin 73 vətəndaşına qaçqın statusu verib

“Dünayada müharibələrə görə, miqrasiya prosesi genişlənir. Ümumilikdə, 65 milyondan çox şəxs qaçqın və məcburi köçkün düşüb. Baş verən proseslər bizi narahat edir. Çünki Azərbaycan da işğala məruz qalıb, vətəndaşlarının hüquqları pozulub”. Bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin Bakıda keçirilən iclasında deyib.
P.Musayev bildirib ki, Azərbaycandakı qaçqın və məcburi köçkünlər miqrasiyanın başlıca subyektidir: “Azərbaycanda bu kontingentdən olan insanlara dövlət qayğısı göstərilir. Azərbaycanın tətbiqi etdiyi model nümunədir, bundan digər dövlətlər də istifadə edə bilər. Bu sahədə insan hüquqlarına tam əməl edilir”. Rəis müavini qeyd edib ki, miqrasiya prosesi çevik prosedurlar əsasında tənzimlənir. Onun sözlərinə görə, 2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır: ““Qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır”. O qeyd edib ki, müraciət edənlərdən iki nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib.Report

DİGƏR XƏBƏRLƏR

Top