Professor Telman Hacıyevin 80 illik yubileyi keçirilib

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, dünya şöhrətli fleytaçı Telman Hacıyevin 80 yaşı tamam olub. Bu münasibətlə ötən gün Bakı Musiqi Akademiyasında Telman Hacıyevin 80 illik yubileyi təntənəli şəkildə qeyd edilib. Yubiley gecəsində Azərbaycanın tanınmış elm və incəsənət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar Incəsənət xadimi, Xalq Artisti, Dövlət Mükafat laureatı akademik Arif Məlikov yubilyarı təbrik edərək ona uzun ömür arzulayıb. Telman Hacıyevin nəinki Azərbaycan və keçmiş SSRİ məkanında, həm də dünyada tanınan fleytaçı olduğunu deyən Arif Məlikov onun ən böyük xüsusiyyətlərindən birinin də sözün əsl mənasında böyük və xeyirxah insan olduğunu, hamıya kömək etməyə çalışdığını xüsusi qeyd edib. O xatırladıb ki, Telman Hacıyev 53 illk pedaqoji fəaliyyəti dövründə yüzlərlə kadr yetişdirib. Bu kadrların içində Azərbaycanın görkəmli elm və incəsənət xadimləri var. Gecədə çıxış edən Əməkdar İncəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi professor Zemfira Qafarova, Azərbaycanın hərbi - dirijoru və pedaqoqu, Xalq artisti, Müdafiə Nazirliyi Hərbi-dəniz-orkestr xidmətinin rəisi general-mayor Yusif Axundzadə, Azərbaycan Respublikasının Xalq artisti, professor Tofiq Bakıxanov və digərləri Telman Hacıyevin Azərbaycan İncəsənət və mədəniyytəinin inkişafına verdiyi böyük və əvəzssiz töhfələrdən danışaraq yubilyara yeni yaradıcılıq uğurları arzulayıblar. Telman Hacıyev "Yeniavaz.com"a verdiyi açıqlamasında həyatının elm və incəsnətimizin inkişafına həsr etməsindən qürur duyduğunu söylədi: "Bizim hər birimiz bu vətənin, millətin övladlarıyıq. Fəxr edirəm ki, elm və incəsənətimizin inkişafına azacıq da olsa öz töhfəmi verə bilmişəm. Ömrümün sonuna kimi də milli mədəniyyətimizin , incəsənətimizn inkişafı üçün əlimdən gələn töhfəni verməyə çalışacağam".

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top