Ukrayna və Türkyə vətəndaşları pasportsuz qarşılıqlı səfər edəcəklər

Ukrayna və Türkiyə vətəndaşların qarşılıqlı səfərlərinin şərtləri haqqında sazişə dəyişikliklərin edilməsinə dair saziş imzalayıblar. “Yeniavaz.com”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, yeni saziş sayəsində iki ölkənin vətəndaşları xarici pasport olmadan ID-kartlarla qarşılıqlı səfər edə biləcəklər. Sazişin müddəalarına əsasən, təmassız elektron daşıyıcıdan ibarət kart formasındakı (ID) pasportlardan istifadə edən iki ölkənin vətəndaşları Türkiyə və Ukraynanın ərazisinə 180 gün ərzində 90 günədək vizasız səfər edə, tranzitlə hərəkət edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top