Rusiyanı son 100 ilin ən iri daşqınları gözləyir

2017-ci ildə Rusiyada maksimum yüksək daşqınlar gözlənilir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətin rəhbəri Aleksandr Frolov deyib. Onun sözlərinə görə, Sibir federal dairəsindəki 5-7 subyekt ən problemli zonalardır: “Demək olar ki, biz cari il maksimum yüksək sel gözləyirik”. A. Frolov qeyd edib ki, hazırda Rusiya ərazisində müşahidə edilən hava normal qrafiki 20-25 sutka qabaqlayır: “Biz aprel ayının, aprelin ortalarının havasını müşahidə edirik. Bu, son 100 il ərzində ən iri anomaliyalılardan biridir”.

DİGƏR XƏBƏRLƏR

Top