"Rossiya" aviakompaniyası Yerevana hava uçuşlarını dayandırıb

Rusiyanın tanınmış "Rossiya" aviakompaniyası Sankt-Peterburqdan Yerevana həyata keçirilən hava reyslərini dayandırmağa məcbur olub. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, buna səbəb Sankt-Peterburq-Yerevan aviareysindən istifadə edən sərnişinlərin az olmasıdır. Belə ki, demək olar "Rossiya" aviakompaniyasına məxsus sərnişin təyyarələri Sankt-Peterburqdan Yerevana və əks istiqamətdə yarıboş uçur. "Rossiya" aviakompaniyasının Yerevana hava reyslərini dayandırması Ermənistanın yayda Rusiyadan ölkəyə çoxsaylı turistlərin gələ biləcəyinə olan ümidlərinin də boşa çıxması demək olub. Qeyd edək ki, "Rossiya" aviakompaniyası Aeroflot aviaqrupuna daxildir və Sankt-Peterburqdan müxtəlif istiqamətlərə sərnişin və yük daşımalarını həyata keçirir.

DİGƏR XƏBƏRLƏR

Top