"Ermənistandakı hərbi təlimlərlə Rusiya Azərbaycana əzələ nümayiş etdirir"​

Son bir neçə ayda Rusiyanın Ermənistanda keçirdyi hərbi təlimlər mütəmadi hal almağa başlayıb. Azərbaycan-Ermənistan sərhədləri boyunca keçirilən və erməni hərbçilərin də iştirak etdiyi ehtimal edilən hərbi təlimlərdə dağlıq ərazilərdə döyüş aparılması və şərti düşmənin məhv edilməsi taktikası sınaqdan çıxarılır. Hərbi təlimlərdə həm hərbi desant, həm hava hücumundan müdafiə, o cümlədən pilotsuz təyyarələr, həm də hərbi kəşfiyyat və xüsusi təyinatlı qüvvələrin də iştirak etməsi sual ortaya çıxarıb: Rusiya Ermənistan-Azərbaycan sərhədləri boyu keçirdiyi mütəmadi hərbi təlimlərlə kiminlə və hansı ölkə ilə müharibəyə hazırlaşır? Bununla bağlı "Yeniavaz.com"un sualına verdiyi cavabında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Rusiyanın Ermənistan-Azərbaycan sərhədləri boyu keçirdiyi hərbi təlimlərin ölkəmizə qarşı təzyiq anlamına gəldiyini söylədi: "Faktiki olaraq Ermənistandakı hərbi təlimlərlə Rusiya Azərbaycana əzələ nümayiş etdirir. Çünki hazırda Rusiya ilə Türkiyə arasında münasibətlər normallaşıb və bölgədə Rusiyanın hərbi təlimlər keçirməsi üçün elə ciddi bir səbəb də yoxdur. Amma erməni hərbçilərin də iştirak etdiyi ehtimal edilən həbi təlimlər Rusiyanın Azərbaycana münasibətdə qeyri-səmimi olduğunu və bu yolla bölgədə hərbi gərginliyin davam etməsində maraqlı olduğunu göstərir. Bütün bunlar da şübhəsiz ki, bayaq da qeyd etdiyim kimi Azərbaycana qarşı Rusiyanın əzələ nümayiş etdirməsindən başqa bir şey deyil".

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top