Erməni hərbçilər qəzaya uğrayıblar

Ermənistanın Berd-Ayqepar avtomobil yolunda içində müqavilə ilə xidmət edən hərbçlərin olduğu iki maşın toqquşub. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində iki nəfər hərbçi yaralanıb. Hazırda hər iki hərbi qulluqçu hospitaldadır və onların vəziyyəti orta-ağır hesab edilir. Baş verən hadisə ilə bağlı Ermənistan hərbi prokurorluğu tərəfindən araşdırma aparılır. Hələlik qəzaya səbəb kimi sürücülərin məsuliyyətsizliyi göstərilir. Hərbi prokurorluq tərəfindən hadisə ilə bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top