Ərdoğan Hollandiyaya Srebrenitsanı xatırladıb

Biz Hollandiya və hollandiyalıları Srebrenitsa qətliamından tanıyırıq. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında diplomatik qalmaqal barədə danışarkən deyib. Onun sözlərinə görə, müharibənin da öz əxlaqı, qaydaları var, tibb işçilərinə atəş açmaq olmaz: “Amma hollandiyalı kimi olsan, açılar”. Hollandiya və hollandiyalıları Srebrenitsa qətliamından tanıdıqlarını deyən prezident qeyd edib: “Onların xarakterinin nə qədər pozulduğunu 8 min bosniyalının Srebrenitsada necə qətlə yetirilməsindən bilirik. Heç kəs bizə mədəniyyət dərsi verməsin. Bu millətin alnı ağdır, ancaq onların alnı qapqaradır”.

Xatırladaq ki, 1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 1995-ci ildə ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq, qətliamın qarşısını almaq mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top