
İstehsal etdiyi fərqli telefonlarla məşhur olan Vertu şirkəti türkiyəli bir şəxs tərəfindən alınıb. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, Hakan Uzan adlı iş adamı tərəfindən alınan şirkətin satış qiyməti insanları təəcübləndirib. Bu barədə mətbuata açıqlama verən Uzan, Vertunun texnologiya bazarında kifayət qədər tanınmış bir şirkət olduğunu bildirib: “Vertunun əhatə dairəsini daha da genişləndirmək və kollektivlə birgə çalışmaq üçün səbrsizlənirəm”. Hakan Uzan şirkəti almaq üçün 50 milyon funt sterlinq pul ödəyib. Hakan Uzanın Kiprdəki Baferton Ltd. adlı şirkəti tərəfindən alınan Vertu şirkətinin satdığı bir telefon 40 min funt sterlinqə başa gəlir. Vertunun idarə heyyətinin sədri Qordon Vatson bildirib ki, dünyada hər il 1,5 milyard ədəd ağıllı telefon satılır və yüksək keyfiyyətli, xüsusi xidmətləri olan məhsullara ehtiyac çoxdur. Qeyd edib ki, Bafertonla birgə Vertunu inkişaf etdirəcəyik.
Tətbiqimizi yükləyə bilərsiniz