Avropa İttifaqının (Aİ) Ədalət Məhkəməsi dini rəmz özəlliyinə malik libasların geyinilməsinin qadağan edilə biləcəyinə dair qərar verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Aİ-nin Ədalət Məhkəməsindən verilən açıqlamada iş yerlərinin əməkdaşların dini rəmz xarakterli libas geyinmələrinə qadağa qoya biləcəyi qeyd edilir. İşverənlər gözlə görülə bilən dini rəmzlərin geyinilməsini qadağa edə biləcək. Bu qərar Fransa və Belçikada iki qadının başörtüsünü çıxarmağı rədd etməsinin ardından işdən çıxarılmaları ilə bağlı məhkəməyə müraciətindən sonra qəbul edib. Məhkəmənin açıqlamasında deyilir ki, hər hansısa siyasi, fəlsəfi və ya dini rəmzin geyinilməsinin qadağan edən daxili qayda bilavasitə ayrıseçkilik mənasına gəlmir.