Tənqiddən nəticə çıxardılar - sakinlər təşəkkür edir

Mingəçevir şəhəri V. Hüseynov,M. Maqomayev, M. F. Axundov küçələrinin sakinləri bir neçə dəfə "Yeniavaz.com" saytına küçələrində asfalt örtüyünün dağılması, yayda palçıq, qışda isə toz-torpaq olması ilə bağlı məlumat vermişdilər. Qeyd etmişdilər ki, buna səbəb "Azərsu" ASC-nin sözügedən küçələrdə su və kanalizasiya xətlərini dəyişdikdən sonra ərazidə səliqə-sahman yaratmamasıdır. "Yeniavaz.com" saytında bu barədə xəbər yayımlanandan sonra rəsmi qurumlardan problemin yaxın vaxtlarda həll olunacağı bildirilmişdi. Nəhayət, bu günlərdə adıçəkilən küçələrin təmiri işlərinə başlanılıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin əsaslı tikinti,təmir və abadlaşdırma şöbəsinin rəisi Arif Musayev saytımıza açıqlamasında bildirib ki, asfaltlanma işləri mərhələ-mərhələ digər küçələrdə də aparılacaq. Eyni zamanda 60-70-ci illərdə inşa olunan binaların əsaslı təmir bərpası işləri də sürətlə aparılır. Mingəçevirdə aparılan təmir-bərpa işləri ilin sonuna kimi davam etdiriləcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top