Türkiyə Rusiyadan borc istəyib

Rusiya dövlət müdafiə şirkəti "Rosteçin" direktoru Sergey Çemezov, Türkiyənin Rusiyadan pul istədiyini bildirib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə S-400 hava hücumundan müdafiə sistemi almaq üçün Rusiyadan borc istəyib. "Rossiya 24" kanalına danışan S.Çemezov, Ankara ilə Moskva arasında silah satışı ilə bağlı görüşlərin olduğunu bildirib: "Türkiyə Moskvadan kredit almaq istədiyini bildirib. Ancaq bu məsələ hələ həll olunmayıb. Hər iki ölkənin maliyyə nazirliyi arasında görüşmələr davam edir. Razılıq əldə olunanda silahların çatdırılması ilə müqavilədə imzalanacaq".

Çemezov həmçinin bildirib ki, ABŞ, Avropa ölkələri də içində olmaqla üçüncü ölkə vasitəsilə Əfqanıstan ordusu üçün Kalaşnikov alıb.

DİGƏR XƏBƏRLƏR

Top