"Hələ də o dəhşətli hadisənin şokunu ata bilməyiblər"

"Bakı-Sumqayıt yolunda qəzaya düşmüş sərnişin avtobusunda yaralanmış 4 tələbə balamızı 1 saylı Klinik Tibbi Mərkəzdə ziyarət etdim. Çox şükür, vəziyyətləri əməliyyatlardan sonra yaxşılaşır". "Yeniavaz.com" saytı xəbər verir ki, bunu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib. Bildirib ki, həkimlər yaxın zamanlarda gənclərin sağlamlıqlarına qovuşacaqlarını deyiblər: "Tələbələrin özləri ilə də görüşdük. Azadə Mədətzadə və Xavər Sadıqova əməliyyatdan sonra yaxşılaşmağa başlayıblar. Təhsil aldıqları universitetin rəsmiləri də onlara baş çəkməyə gəlmişdi. Qızların çox fəal tələbələr olduqlarını söylədilər. Digər iki tələbə balamız Rəsul Sadıqova və Emil Həmidova da baş çəkdik, söhbət etdik, çox şükür, getdikcə daha da yaxşılaşırlar. Valideynlərlə də geniş söhbət etdik. Övladlarımızı Allah bizə yenidənn bağışladı deyirdilər. Hələ də o dəhşətli hadisənin şokunu ata bilməyiblər. Həkimlər əllərindən gələn dəstəyi balalarımız üçün edirlər. Dualarınızı onlardan və həmin hadisə zamanı yaralanmış bütün tələbələrimizdən əksik etməyin. Tələbələrimizə qısa zamanda tamam sağalmalarını və bir daha belə acılar yaşamamalarını dilədik. Allah bütün balalarımızı qorusun. Bu hadisə ciddi bir dərs olmalıdır. Sərnişinlərin nəqliyyat təhlükəsizliyi məsələsinə münasibət daha da ciddiləşməlidir. İctimai nəqliyyat vasitələrinə nəzarət çox güclü olmalıdır".

DİGƏR XƏBƏRLƏR

Top