"Münaqişə bölgəsində gərginliyin artması bölgə üçün təhlükədir"

İran parlamentinin sədri Əli Larincani münaqişə bölgəsində vəziyyətin daha da gərginləşə biləcəyindən narahat olduğunu söyləyib. "Yeniavaz.com"un panorama.am-a istinadən verdiyi məlumata görə, Larincani hazırda bölgədə münaqişənin gərginləşməsinin qarşını ala biləcək gücün olmadığını söyləyib: "Münaqişə bölgəsində gərginliyin artması həm Azərbaycan və Ermənistan, həm də bölgə üçün təhlükədir. Mən həmişə demişəm ki, bölgədə gərginliyin artmasının qabağını ala biləcək güc yoxdur. Belə hesab edirik ki, gərginliyin artması regional təhlükəsizliyi zərbə altında qoyacaq". Xatırladaq ki, İran prezidenti Həsən Ruhani daha əvvəllər münaqişənin ancaq dinc vasitələrlə həlinin vacibliyini bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top