Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək

Dekabrın 1-dən 2017-ci ilin yanvarın 15-dək “Nargis Fund”un rəhbərliyi və “Amapola Exclusive Events”in təşkilati dəstəyi ilə Fəvvarələr meydanında növbəti – dördüncü “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək.

Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olunacaq. “Nargis Fund” yarmarkanın sponsorları ilə birgə ehtiyacı olan uşaqlara (müalicə, əməliyyat və s.) yardım göstərəcəklər. Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin kiçik sakinlərini məşhur insanlarla görüş, sevimli ifaçıların çıxışı, yarmarkanın sponsorlarından ənənəvi suvenirlər, şirniyyatlar və hədiyyələr gözləyir.

Yarmarkanın sponsorları və iştirakçıları tərəfindən böyüklər və uşaqlar üçün təşkil olunacaq çoxsaylı əyləncə və sürprizlər Fəvvarələr meydanında möhtəşəm Yeni il bayramı ab-havası yaradacaq.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında iştirak, informasiya dəstəyi və layihənin işıqlandırılması üçün media nümayəndələri, könüllülər, fotoqraflar, bloggerlər, musiqiçilər və rəqs qrupları dəvət olunur. Daha ətraflı məlumatı tədbirin rəsmi səhifələrindən əldə edə bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Top