Mənzillərin 1 kvadrat metri 127 manata başa gəlib - RƏSMİ AÇIQLAMA

2017-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən 2 milyard 93,7 milyon manat vəsaitin 1 milyard 503,3 milyon manatı neft sektoruna, 590,4 milyon manatı isə qeyri-neft sektoruna yönəldilib, ümumi sərmayənin 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, istifadə olunan vəsaitin 89,2 faizi məhsul istehsalı obyektlərinin, 8,1 faizi xidmət sahələri üzrə obyektlərin, 2,7 faizi isə ümumi sahəsi 209,1 min kvadrat metr olan ( 1 kvadrat metri 127 manat) yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 32,9 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2 faiz, bank kreditləri 11,4 faiz, büdcə vəsaitləri 8 faiz, əhalinin şəxsi vəsaitləri 2,7 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,7 faiz təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top