Bakıda məktəbli qız itkin düşüb

Bakıda məktəbli itkin düşüb. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub. Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur. Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.Apa

DİGƏR XƏBƏRLƏR

Top