Astanada Suriya üzrə danışıqların növbəti mərhələsi başlayıb

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə danışıqların 3-cü mərhələsi başlayıb. “RİA Novosti” xəbər verir ki, görüş ikitərəfli və üçtərəfli məsləhətləşmələrdən ibarət olacaq. Danışıqlarda Türkiyə, İran və Rusiya Xarici İşlər nazirliklərinin təmsilçiləri, Suriyadakı müxalifətin və Bəşşar Əsəd rejiminin nümayəndələri iştirak edirlər. Məlumata görə, martın 14-də ilkin məsləhətləşmələr aparılacaq, martın 15-də isə geniş müzakirələrin keçirilməsi nəzərdə tutulub.Report

DİGƏR XƏBƏRLƏR

Top