Rusiyada qəzaya düşən azərbaycanlılardan biri ölüb. "Qafqazinfo" xəbər verir ki, Xəlilov Ramin bu gün dünyasını dəyişib. O, Əbilov Bəxtiyar, Xəlilov Zamiq və Salayev Maislə bərabər martın 11-i qəzaya düşmüşdü. Sözügedən 3 həmyerlimiz hazırda reanimasiyadadır. Qeyd edək ki, ölən və xəsarət alanların hamısı Lənkəranın Türkəkəran kəndindəndir.