XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda qeyd olunur ki, Azərbaycan Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 12 mart 2017-ci ildə Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır: “Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışırların davam etdirilməsi zəruridir”.Apa

DİGƏR XƏBƏRLƏR

Top