Avropa İttifaqı (Aİ) Rusiya və Ukrayna vətəndaşlarına qarşı tətbiq olunan sanksiyaların müddətini artırıb. “Lenta.ru”nun məlumatına görə, vətəndaşların aktivlərinin dondurulması və Aİ ölkələrinə girişlərinə qadağa qoyulması daxil olmaqla sanksiyaların müddəti 6 ay, sentyabrın 15-nə qədər artırılıb. Qeyd olunur ki, Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra martın 14-də qüvvəyə minəcək müvafiq qərar Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhdidedici tədbirlərə görə verilib. Hazırda siyahı 150 fiziki şəxsə (bir neçə rusiyalı siyasətçi, yüksək vəzifəli hərbçilər, Donetsk Xalq Respublikası (DNR) və Luqansk Xalq Respublikasının (LNR) nümayəndələri), eləcə də 37 təşkilata şamil olunub.Qafqazinfo.az