Bakı-Berlin-Bakı aviareysi təxirə salınıb

"Azərbaycan Hava Yolları" QSC sərnişinlərə xəbərdarlıq edib. AZAL-ın "Facebook" səhifəsində yer alan məlumatda bildirilir ki, martın 14-də "Azərbaycan Hava Yolları"nın Bakı-Berlin-Bakı marşrutu üzrə həyata keçirəcəyi J2-063/J2-064 nömrəli reyslər martın 15-dək təxirə salınıb. Buna səbəb kimi isə "Berlin-Tegel" (TXL) Beynəlxalq Hava Limanının işçilərinin tətil keçirməsi göstərilib. "Əlavə məlumat üçün [email protected] email və ya (+994) 598 88 80 (qısa nömrə *8880) telefon nömrəsi vasitəsilə #AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərsiniz. Baş vermiş narahatlığa görə üzr istəyirik" - məlumatda vurğulanıb.Report

DİGƏR XƏBƏRLƏR

Top