Hüsni Mübarək azadlığa buraxılacaq


Misirin Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Hüsni Mübarəyin bu həftə ərzində azadlığa buraxılmasına qərar verib. “Yeniavaz.com”un “Habertürk”ə istinadən verdiyi məlumata görə, 1981-2011-ci illər ərzində Misirə 30 il rəhbərlik edən H. Mübarək 2011-ci ilin ilk 2 ayında baş verən xalq etirazlarından sonra devrilmişdi. Misir məhkəməsi ötən həftə H. Mübarəyə bəraət vermişdi. Uzun müddətdir xəstəliyi səbəbilə xəstəxanada olan keçmiş lider bu həftə ərzində xəstəxanadan buraxılaraq azad ediləcək. O, 2011-ci il iğtişaşlarında nümayişçilərin öldürülməsində iştirakda ittiham edilirdi.

DİGƏR XƏBƏRLƏR

Top