İsveç Türkiyədə referendum öncəsi vəziyyətdən narahatdır

İsveçin xarici işlər naziri Marqot Valstrem Türkiyədə konstitusiya dəyişiklikləri üzrə referendumun keçirilməsi ərəfəsində yaranmış şəraitdən narahatlığını ifadə edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, nazir bildirib ki, fövqəladə vəziyyət rejimində referendumun keçiriməsi ərəfəsində mövcud vəziyyət narahatçılıq doğurur. Onun sözlərinə görə, siyasi müxalifət nümayəndələrinin həbs edilməsi və söz azadlığının məhdudlaşdırılması də dərin narahatlıq doğurur: “Biz bu barədə Aİ və ikitərəfli əlaqələr çərçivəsində danışmışıq. Hesab edirik ki, tonu aşağı salmaq, dialoqa qayıtmaq lazımdır”. İsveçdə Türkiyədə referendumun keçirilməsi ilə əlaqədar görüşlərin keçirilməsi məsələsinə gəlincə, M. Valstrem diqqətə çatdırıb ki, İsveçdə hələlik hər şey sakit keçib və bu ölkədə ifadə və toplaşma azadlığı var: “Bu o deməkdir ki, hər kəsin öz fikirlərini bildirmək haqqı var. Lakin bu azadlığın müəyyən sərhədləri də var. Məsələn, əhalinin müəyyən qrupuna qarşı nifaqın qızışdırılmasına görə cəzanı nəzərdə tutan məhdudiyyət”.

DİGƏR XƏBƏRLƏR

Top