Niderland Türkiyədəki vətəndaşlarına xəbərdarlıq etdi

Niderland hakimiyyəti Türkiyə ərazisində olan vətəndaşlarını iki dövlət arasındakı diplomatik qalmaqal fonunda ehtiyat tədbirlərinə əməl etməyə çağırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Niderlandın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir. Niderland XİN-in məlumatında qeyd edilir ki, 11 mart 2017-ci il tarixindən başlayaraq Türkiyə və Niderland arasındakı münasibətlərdə diplomatik gərginlik müşahidə olunur: “Türkiyənin bütün ərazisində diqqətli olun və insanların qələbəlik olduğu tədbirlərdən və məkanlardan uzaq durun”.

Qeyd edək ki, 16 aprel referendumu ilə əlaqədar Niderlandda yaşayan türklərlə görüşmək istəyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu ölkəyə uçuş icazəsi ləğv edilmişdi. Bu əngəldən sonra Türkiyənin ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya ölkənin Rotterdamdakı Baş konsulluğuna getmək üçün avtomobil yolu ilə Almaniyadan yola düşdü. Ancaq Niderlandın təhlükəsizlik qüvvələri nazirin yolunu kəsərək onun konsulluğun binasına girişinə icazə verməyib. Kobud münasibətlə üzləşən nazir bir neçə saatdan sonra Almaniyaya, ardından İstanbula qayıdıb. Hər iki hadisə iki ölkə arasında diplomatik qalmaqala gətirib çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top