"Bu hadisəyə görə bələdiyyə də cərimələnməlidir" - Hüquqşünas

Xəbər verdiyimiz kimi, Bakının Heydər Əliyev prospektində 120 km/saat sürət rejimi olan yolda hərəkətin əks istiqamətində gedən "ZİL" markalı yük maşınının sürücüsü həbs olunub. "Yeniavaz.com" saytının məlumatına görə, yol polisi tərəfindən araşdırma aparılıb və kamera görüntüləri nəzərdən keçirilib. Məhkəmənin qərarı ilə sürücü Elçin Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib. Eyni zamanda, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, sürücü Elçin Babayev Binə bələdiyyəsinin işçisi olub və kommunal təyinatlı yük avtomobilini idarə edirmiş.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, bu hadisə ilə bağlı görülən tədbirlər bununla yekunlaşmamalıdır: "Aeroport" yolunda ağılasığmaz dərəcədə təhlükəli hərəkət edən "ZiL" sürücüsünün buna görə həbs edildiyi deyilir. Yayılan məlumatdan onun "avtoxuliqan" kimi həbs olunduğu məlum olur, özü də deyilir ki, bu hərəkəti edəndə sürücülük hüququ yox imiş. Avtomobilin də bələdiyyəyə məxsus olduğunu yazırlar. Belə olanda bələdiyyə də cərimələnməlidir".

Ərşad Hüseynov bildirib ki, Binə bələdiyyəsi İnzibati Xətalar Məcəlləsinn 335.1-ci maddəsi üzrə 2000 manat məbləğində cərimə olunmalıdırlar. Bələdiyyənin də cərimələnib-cərimələnmədiyini bəyan etsəydilər, yaxşı olardı".

DİGƏR XƏBƏRLƏR

Top