Azərbaycana xaricdən 14,5 min dollara 250 ədəd həşərat gətirilib - RƏSMİ MƏLUMAT

Azərbaycanın xaricdən idxal etdiyi mallar arasında insan və heyvan tükü, saç, saqqal, kiprik kimi malların da adına rast gəlmək mümkündür. "Yeniavaz.com"un Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, ötən il xaricdən ümumi dəyəri 530 dollar olan 10 kiloqram insan tükü idaxal edib. Rəqəmlərdən də göründüyü kimi, 1 kiloqram insan tükünün dəyəri 53 dollara və ya 93 manata bərabər olub. Bundan başqa il ərzində ümumi dəyəri 120 dollar olan 20 kiloqram heyvan tükü də idxal olunub. İnsan tükü ilə müqayisədə heyvan tükü daha ucuz olub. Heyvan tükünün 1 kiloramı üçün 6 dollar və ya 10,5 manat ödənilib. İdxal malları arasında diqqət çəkən yalnız insan və heyvan tükü deyil. İnsan və heyvan tükündən hazırlanan pariklər, qoyulma saqqallar, qaşlar və kirpiklər də ötən il ölkəyə idxal olunan mallar arasında yer alıb. İl ərzində ölkəyə 16,8 tondan çox pariklər, saqqallar, qaşlar, kirpiklər və şinyonlar gətirilib. Bu məhsullar üçün 197 min dollar vəsait ödənilib. Təkcə pariklər deyil parik hazırlamaq üçün insan tükü ilə bərabər 108 kiloqram ağırlığında müxtəlif məhsullar da idxal edilib və bunlara da 520 dollar vəsait ödənilib.

1 ədəd həşərat üçün 101 manat ödənilib

İdxal malları arasında diqqət çəkən məhsullar arasında həşəratlar və ilbizlər də yer alıb. İl ərzində Azərbaycana xaricdən 250 ədəd həşərat gətirilib və bunlar üçün 14 min 550 dollar vəsait ödənilib. Xaricdən idxal olunan 1 ədəd həşəratın orta qiyməti 58 dollar və ya 101 manata bərabər olub.

Həşəratlardan başqa il ərzində 1160 kiloqram səkkizayaqlı ilbiz, 20 kiloqram digər ilbizlərdən idxal olunub. Səkkizayaqlı ilbizin 1 kiloqramı üçün 7,8 dollar və ya 13,7 manat ödənilib.

Xaricdən oksigen də satın alırıq

İl ərzində xaricdən 2 min 850 kubmetr oksigen, 16 min 630 kubmetr azot idxal olunub. Azotun 1000 kubmetri üçün 4 dollar və ya 7 manat, oksigenin 1000 kubmetri üçün isə 5 dollar və ya 8,7 manat ödənilib.

Öküz spermasının 1 kiloqramı 990 manat olub

Diqqət çəkən idxal mallarından biri də öküz sperması olub. İl ərzində Azərbaycana xaricdən 210 kiloqram öküz sperması idxal olunub və bunun üçün 118,8 min dollar vəsait ödənilib. Beləliklə 1 kiloqram öküz spermasının dəyəri 566 dollar və ya 990 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top