Gömrükçülər külli miqdarda pirotexniki vasitə və siqaret aşkarlayıb

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitə və 1820 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top