Azərbaycanlı müğənni toyda oxuyarkən öldü

“Azərbaycanın səsi -3”ün finalçısı Rəşad Ənvəroğlu dünyasını dəyişib.

Bu barədə müğənni Emin Bədəlov sosial şəbəkədə məlumat verib.

Müğənni həmkarı ilə fotosunu paylaşaraq hər kəsə başsağlığı diləyib.

Paylaşımda onun ölümü barədə şərhlər yazılıb. Bildirilib ki, Rəşad toyda ifa edərkən ölüb.

Həmçinin, onun evli və iki azyaşlı övladının olduğu qeyd edilib.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top