Hollandiyanın Baş naziri: "Türkiyəli nazir polisi aldatmağa cəhd edib"

Hollandiyanın Baş naziri Mark Rutte Türkiyə hökuməti ilə yaşanan gərginliyin qarşı tərəfin səyləri ilə daha da gərginləşdiyini bildirib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən bildirir ki, Mark Rutte Türkiyənin Ailə və sosial siyasət naziri Fatma Kayanın Hollandiya polisini aldatmağa cəhd etdiyini deyib.

Rotterdamın Bələdiyyə sədri Ahmet Abutalip isə bildirib ki, diplomatik nümayəndəlikdən bizi aldadıblar: "Onlar bildirdilər ki, Türkiyəli nazirlər Hollandiyaya gəlməyəcəklər. Amma Türkiyənin Ailə və sosial siyasət naziri Fatma Kaya hava yolu ilə icazə verilmədiyi halda avtomobillə Hollandiyaya daxil olub və polis nəzarətindən yayınmağa cəhd edib".

"Türkiyəli nazirlərin diplomatik toxunulmazlığı mövcud deyil və onların ölkəyə buraxılmaması, eyni zamanda ölkədə "arzuolunmaz şəxs" elan olunması tamamilə qanunlara uyğundur", - deyən Hollandiyanın baş naziri bildirib ki, o cümə ertəsi günü Türkiyənin baş nazirinə 8 dəfə zəng edib: "İki ölkə arasındakı ən ciddi problem odur ki, Türkiyə rəsmiləri Hollandiyada yaşayan türklər haqqında "vətəndaşlarımız" ifadəsini işlədirlər. Onlar Türkiyənin deyil, Hollandiyanın vətəndaşlarıdır"

Baş nazir qeyd edib ki, biz Türkiyə rəsmilərinin şantajlarını qəbul etməyəcəyik: "Türkiyə Prezidentinin bizim haqqımızda işlətdiyi "faşist" ifadəsi qəbuledilməzdir"

DİGƏR XƏBƏRLƏR

Top