Britaniyanın Aİ-dən çıxma tarixi açıqlandı

Böyük Britaniya 2019-ci ilin martında Avropa İttifaqını (Aİ) tərk edəcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Devid Devis deyib. Onun sözlərinə görə, Aİ-ni tərk etmək qərarı Britaniya xalqı tərəfindən ötən ilin iyununda referendumda verilib və bu baş verməlidir. O qeyd edib ki, Britaniya parlamentinin veto qoymaq hüququ yoxdur və hökumət “Brexit”i mümkün olduğu qədər sərfəli şərtlərlə həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Britaniyanın Aİ-də üzvlük məsələsi üzrə referendum 23 iyun 2016-cı il tarixində keçirilin. Referendumda səsverənlərin 51,9 faizi “Brexit”in tərəfdarı olub.

DİGƏR XƏBƏRLƏR

Top