Ərdoğan: Hollandiya bunun əvəzini ödəyəcək

"Qərb son bir neçə gündür əsl simasını açıq və konkret şəkildə göstərdi". “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiya ilə baş verən diplomatik qalmaqalı şərh edərkən deyib. Onun sözlərinə görə, nasisizm Avropada hələ də ayaq üstədədir: “Hadisələr başlayanda bunların faşist təzyiqi olduğunu dedim. Nasizm dirildi dedim. Nasizmin sona çatdığını düşünürdüm, amma yanılmışam”. Prezident qeyd edib ki, Hollandiya gələn həftə çərşənbə günü ölkədə keçiriləcək seçimə görə Türkiyə-Hollandiya əlaqələrini qurban verir: “Hələ biz etməli olduqlarımızı etməmişik. Bundan sonrakı proses işləyəcək. Çərşənbə günü görək nə olacaq? Bu tədbirləri görənlər Hollandiyadakı 250 min türkə qarşı çıxır. O qardaşlarıma səslənirəm. Siz onsuz da lazım olanı edəcəksiniz”. R. T. Ərdoğan əlavə edib ki, çərşənbə günü Hollandiyada keçiriləcək seçkilərdən sonra lazımi dəyərləndirmələr olacaq: “Çünki bu, cavabsız qala bilməz. Bunun əvəzini verəcəklər. Diplomatiyanın nə olduğunu da öyrənəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top