Gərginlik artır: konsulluqdakı Hollandiya bayrağı çıxarılaraq türk bayrağı asıldı

Niderlandın İstanbulun İstiqlal küçəsində yerləşən Baş konsulluğunun binasındakı Hollandiya bayrağı endirilirək yerinə Türkiyə bayrağı asılıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, beynəlxalq razılaşmalara əsasən, Niderland torpağı sayılan Baş konsulluğun korpusunda Hollandiya bayrağı asılmışdı. Lakin Türkiyə vaxtilə saat 12:00-da bu bayraq endirilərək yerinə türk bayrağı asılıb. Ötən gündən etibarən Niderlandın tədbirlərinə etiraz etmək istəyən bir Türkiyə vətəndaşının konsulluğun binasının damına çıxaraq bayrağı dəyişdirdiyi məlum olub.

Qeyd edək ki, 16 aprel referendumu ilə əlaqədar Niderlandda yaşayan türklərlə görüşmək istəyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu ölkəyə uçuş icazəsi ləğv edilmişdi. Bu əngəldən sonra Türkiyənin ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kaya ölkənin Rotterdamdakı Baş konsulluğuna getmək üçün avtomobil yolu ilə Almaniyadan yola düşdü. Ancaq Niderlandın təhlükəsizlik qüvvələri nazirin yolunu kəsərək onun konsulluğun binasına girişinə icazə verməyib. Kobud münasibətlə üzləşən nazir bir neçə saatdan sonra Almaniyaya, ardından İstanbula qayıdıb.

DİGƏR XƏBƏRLƏR

Top