Bakıda 4125 manata 2006-cı ilin "Mitsubishi L200"-i satılır

Aprel ayının 11-i tarixində baş tutacaq növbəti hərracda 6 ədəd nəqliyyat vasitəsi satışa çıxarılacaq. "Yeniavaz.com" Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) açıqlanan məlumata istinadən bildirir ki, satışa çıxarılan avtomobillərdən 2-si Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsusdur. Bunlar 2005 və 2006-cı illərdə istehsal olunan "Mitsubishi L200" markalı avtomibillərdir. 2005-ci il istehsalı olan avtomobil 4500, 2006-cı il istehsalı olan avtomobil isə 4125 manata təklif olunur. Məlumat üçün qeyd edək ki, 4125 manat təklif edilən avtomobil artıq 4-cü dəfədir ki. hərraca çıxarılır və əvvəlki qiymətlə müqayisədə 25% ucuz təklif edilir. 2005-ci ilin "Mitsubishi L200"-i isə artıq 3-cü dəfədir hərraca çıxarılır və onun da qiyməti 10% ucuz təklif olunur. Bunlardan başqa 2007-ci il istehsalı olan iki ədəd "Chanqan SC-6391FA" avtomobili Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hərraca çıxarılır. Bunlarında hər birinin qiyməti 3500 manata bərabərdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərraca 1995-ci il istehsalı olan "VAZ-21043" markalı avtomobil də çıxarır ki, bunun da qiyməti 1000 manat təşkil edir. Hərraca çıxarılacaq ən bahalı avtomobil isə 1973-cü il istehsalı olan "Qaz-13" markalı avtomobildir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satışa çıxarılan bu avtomobilin qiyməti isə 32 000 manata bərabərdir. Qeyd edək ki, bu avtomobillər də artıq 2-ci dəfədir hərraca çıxarılr. Ancaq bunların qiymətində heç bir endirim edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top