Hollandiyanın baş nazirindən Ərdoğana cavab

Hollandiyanın baş naziri Mark Rutte Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nasist qalıntısı və faşist sözlərinə cavab verib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, M. Rutte Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Hollandiyaya uçuş icazəsinin ləğv edilməsi məsələsində rəsmi Ankaranın qəzəbini anladığını bildirib. Bununla belə, M. Rutte qeyd edib ki, R. T. Ərdoğanın nasist açıqlaması həddi aşırdı.

Xatırladaq ki, Hollandiya hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Rotterdama uçuş icazəsini ləğv edib. M. Çavuşoğlu Rotterdamda türk vətəndaşları ilə konstitusiya dəyişikliklərini nəzərdə tutan referendumla əlaqədar təşviqat kampaniyası çərçivəsində mitinq keçirmək istəyirdi. Nazir uçuş icazəsinin ləğv ediləcəyi təqdirdə, Türkiyənin Hollandiyaya qarşı siyasi və iqisadi sanksiyalar tətbiq edəcəyini açıqlamışdı. Hollandiya icazənin ləğv edilməsini M. Çavuşoğlunun səfərinin ictimai asayiş və təhlükəsizliyə risk yarada biləcəyi səbəbilə izah edib. Bunun ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan sonra hollandiyalı diplomatların təyyarələrinin Türkiyəyə gələ bilməyəcəyinə ehyam vuraraq, onları qorxaq, nasist qalıqları faşistlər adlandırıb. Türkiyə Xarici İşlər Nazirliyi isə Niderlandın müvəqqəti işlər vəkilini çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top