İran XİN: Ankaranın bəzi siyasətlərini başa düşmürük

Rəsmi Ankaranın bəzi siyasətlərini başa düşmürük. “Yeniavaz.com”un DHA-ya istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur deyib. Onun sözlərinə görə, Türkiyə hərbi çevrilişə cəhddən sonra çətin prosesdən keçir: “Bunu anlayırıq və yardım etməyə hazırıq. Lakin Ankarının bəzi siyasətlərini başa düşmürük”.

İ. Rəhimpur qeyd edib ki, bəlkə də ehtiyac və yaşanan problemlər Ankaranın İsrail, Səudiyyə Ərəbistanı və ABŞ prezidenti Donald Trampa yönəlməsinə səbəb oldu: “Türkiyədəki dostlarımızın hesablamalarını regiondakı reallıqlar və uzunmüddətli hədəflər fonunda aparmalarına ümid edirik. Çox kartla oynamağın uzunmüddətli perspektivdə kartların hamısının yox olmasına səbəb olacağına inanırıq”.

DİGƏR XƏBƏRLƏR

Top