YAP-ın "Xəbərlər Ajansı" - 29-u qadındır

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının “Xəbərlər Ajansı” ərazi ilk təşkilatının 66 üzvündən 29-u qadın, 15-i isə gəncdir. Ərazi təşkilatı partiyanın gənc üzvləri ilə fəal iş aparır. Onlara etimad göstərilməsi, vəzifələrdə irəli çəkilməsi agentlikdə çalışan gənc əməkdaşları partiya sıralarına qoşulmağa daha da həvəsləndirir.

Bu fikirlər Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı “Xəbərlər Ajansı” ərazi ilk təşkilatının martın 11-də keçirilən hesabat-seçki yığıncağında səslənib.

“Xəbərlər Ajansı” ərazi ilk təşkilatının sədri, AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatındakı yenilikləri, qazanılan uğurları, dünyada baş verən önəmli hadisələri Azərbaycanın maraq və mənafeləri baxımından operativ surətdə işıqlandırmaq “Xəbərlər Ajansı” ərazi ilk təşkilatının fəaliyyət göstərdiyi AZƏRTAC-ın gündəlik işinin əsas istiqamətləridir. Hazırda dünyanın 140-dan çox ölkəsinin xəbər agentlikləri ilə informasiya mübadiləsi aparan AZƏRTAC 2016-cı ildə 7 dildə 108 mindən çox informasiya, beş dildə isə 14,5 min videoxəbər hazırlayaraq öz kanalları ilə yayıb.

Hesabat dövründə AZƏRTAC-ın mötəbər beynəlxalq tədbirlərə - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına uğurla ev sahibliyi etdiyini vurğulayan Aslan Aslanov agentliyin hər iki quruma sədrliyə başladığını bildirib. Məruzədə bu uğurların qazanılmasında AZƏRTAC-ın kollektivinin, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvü olan əməkdaşların əməyi xüsusi qeyd edilib.

Hesabat məruzəsi ətrafında çıxışlarda “Xəbərlər Ajansı” ərazi ilk təşkilatının fəaliyyəti yüksək qiymətləndirilib.

Sonra təşkilati məsələlərə baxılıb, idarə heyətinin yeni üzvləri, sədri və sədr müavini vəzifələrinə seçkilər keçirilib. Təşkilatın sədri Aslan Aslanov yenidən bu vəzifəyə seçilib.

Daha sonra YAP Səbail rayon təşkilatının XI konfransına nümayəndələr seçilib.

DİGƏR XƏBƏRLƏR

Top