"Azərbaycana silah satmaqla Rusiya Ermənistana zərər vermək niyyətində deyil"

Rusiya heç vaxt Ermənistanın maraqlarına zərbə vura biləcək addımlar atmayacaq. "Yeniavaz.com"un Ermənistan mətbuatına verdiyi məlumata görə, bu sözləri Rusiya Şərqşünaslıq İnstitutunun aparıcı elmi əməkdaşı Vitali Naumkin "Valday" beynəlxalq diskussiya klubunun sessiyasındakı çıxışında deyib: "Rusiyanın Azərbaycana silah satması ciddi məsələdir və çox vaxt bunu ermeni dostlarımız düzgün başa düşmürlər. Biz postsovet məkanında yaşayırıq və Rusiyanın strateji siyasətinin əsasında keçmiş ittifaq respublikalarının hamısı ilə sıx dostluq münasibətlərinin qorunub saxlanılması dayanır"

Naumkin qeyd edib ki, Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinə malikdir: "Rusiya heç vaxt Ermənistanın maraqlarına zərbə vura biləcək addımlar atmayacaq. Silaha gəlincə, onu istənilən bazardan almaq olar. Zənnimcə Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın olduğunu heç kim inkar etmir. Ancaq bu, bölgədə tarazlaşdırıcı məqsədə xidmət edir".

Naumkin həmçinin qeyd edib ki, Rusiya Azərbaycana satdığı silahın Qarabağa və Ermənistana qarşı istifadə edilməməsinə çalışır.

DİGƏR XƏBƏRLƏR

Top