Ərdoğan: Görək Hollandiyanın təyyarələri Türkiyəyə necə gələcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin uçuş icazəsini ləğv edən Hollandiyaya qarşı sərt reaksiya verib . “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, prezident bildirib ki, bunlara qarşı aprelin 16-dan sonra tədbirlər görülməyə başlanılacaq. R. T. Ərdoğann qeyd edib: “Görək bundan sonra sənin təyyarələrin Türkiyəyə necə gələcək? Təbii ki, burada mən diplomatiyadan bəhs edirəm, vətəndaşların səyahətini nəzərdə tutmuram, bu, başqa mövzudur. Bunlar bu qədər qorxaqdır, nasist qalıqlarıdır, faşistdirlər”. Onun sözlərinə görə, Hollandiyadakı türk vətəndaşları aprelin 16-da bu oyunu pozacaq: “İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizə tərsinə dönəcək. Bunlara qarşı aprelin 16-dan sonra tədbirlər görməyə başlayacağıq. Biz səbrliyik.

Xatırladaq ki, Hollandiya hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin uçuş icazəsini ləğv edib. M. Çavuşoğlu Hollandiyada türk vətəndaşları ilə konstitusiya dəyişikliklərini nəzərdə tutan referendumla əlaqədar təşviqat kampaniyası çərçivəsində mitinq keçirmək istəyirdi. Nazir uçuş icazəsinin ləğv ediləcəyi təqdirdə, Türkiyənin Hollandiyaya qarşı siyasi və iqisadi sanksiyalar tətbiq edəcəyini açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top