Azərbaycanlı proqramçı androidlər üçün yeni proqram hazırlayıb - "Walldroid"

Android telefonlar üçün yeni proqram hazırlanıb. "Yeniavaz.com" xəbər verir ki, tətbiqetmənin adı "Walldroid"di. Bunu azərbaycanlı proqramçı hazırlayıb.
Proqram mobil cihazdakı divar kağızlarını istifadə etmək üçündür. Bir-birindən fərqli 10-dan çox kateqoriyadan ibarətdi. Demək olar 2-3 gündən bir yeni şəkillər əlavə olunur. Tətbiqdə olan şəkillər hamısı smartfon ekran ölçülərinə uyğun olduğuna görə gözə daha xoş görünür.
Bunu digər bu tip tətbiqetmələrdən ayıran xüsusiyyəti kimi qeyd etmək olar. Hal-hazırda proqram 7 dildədir. Dil seçimi proqramdan yox, telefonun dilindən asılıdır. Əgər telefonun dili bu 7 dildən biridirsə, avtomatik həmin dildə seçilir. Həmçinin Azərbaycan dili də mövcuddur. İstifadəsi çox rahatdır. Ekranın ortasındakı düymə ilə şəkli ekrana qoymaq olar. Bir digər maraqlı xüsusiyyəti isə yeni şəkillərlə bağlıdır. Belə ki, yeni şəkillər əlavə edildiyi üçün nə vaxtsa bəyənilən fotonu sonra tapmaq problem olmasın deyə bəyənərək favoritlər bölməsinə əlavə edib sonra oradan tapmaq olar. Mobil cihazda Divar kağızı kimi istifadə edilən fotonu sonra nə vaxtsa yenidən istifadə etmək istəyəndə, "istifadə edilmişlər" bölməsindən onu tapmaq mümkündür.
Proqramda yaxın vaxtlarda yeni şəkillərdə azərbaycanlı həvəskar fotoqrafların fotoları da olacaq.
Növbəti yeniləmələrdə şəkilləri paylaşmaq və yükləmə funksiyası əlavə ediləcək. Bundan əlavə bir neçə yeni dilə tərcümə əlavə olunacaq. Tərcümə dedikdə təkcə proqram yox, "Play Store"da olan detallı qeydlər də tərcümə ediləcək. Həmçinin mobil cihazlarda avtomatik divar kağızları dəyişməsi olacaq. Yəni proqramı istifadə etmədən də müəyyən vaxtdan bir şəkil avtomatik dəyişəcək.

Ətraflı:

https://play.google.com/store/apps/details?id=com.walldroid.wallpapers.walldroid

DİGƏR XƏBƏRLƏR

Top