Türkiyə Krımla bərə əlaqəsini dayandırdı

Türkiyə Krımla bərə əlaqəsini dayandırıb. Bu, bərə əlaqəsinin bərpa edilməsindən təqribən yarım il sonra baş verib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu “Krım dəniz agentliyi”nin bərə xəttinin operator şirkətinin direktoru Stanislav Qvozdilov deyib. Onun sözlərinə görə, Krımdan bərələri qəbul etmirlər, bu artıq iki həftədir davam edir: “Ankara qərarının səbəbini açıqlamır. Əlaqənin dayandırılması Türkiyədən Krıma məhsul və malların tədarükünü mümkünsüz edib”.

Qeyd edək ki, Krım və Türkiyə arasında bir neçə bərə işləyib. Bərə əlaqəsi ötən ilin oktyabrında bərpa edilmişdi. Həmin zaman “Varyaq” bərəsi Sevastopoldan Zonquldağa ilk reysi həyata keçirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top